Avropa Liqası: “Kəpəz” “Admira” səddini keçə biləcəkmi? - YENİLƏNİR
Bizi izləyin

İdman

Avropa Liqası: “Kəpəz” “Admira” səddini keçə biləcəkmi? - YENİLƏNİR

Bir həftə əvvəl Avropa Liqasının II təsnifat mərhələsində Avstriyada “Admira”ya minimal hesabla məğlub olan “Kəpəz” bu gün cavab oyununa çıxacaq.

Publika.az xəbər verir ki, ilk görüşdə 0:1 hesabı ilə uduzan Gəncə təmsilçisi növbəti mərhələyə adlamaq üçün Bakıda mütləq qələbə qazanmalıdır. Ancaq qol buraxmamaq da vacib nüanslardandır. Qonaqların 1 top vursa, “Kəpəz”in növbəti mərhələyə yüksəlmək şansı xeyli azalacaq. Hər halda, Şahin Diniyev yetirmələrinə lazımi tövsiyələrini verəcək və “Kəpəz” avrokubok mövsümünü erkən başa vurmayacaq.

“Kəpəz” bu dueldən üzüağ çıxsa, növbəti mərhələdə Çexiya təmsilçisi “Slovan”la (Liberets) üz-üzə gələcək.

Avropa Liqası. II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

20:00 Kəpəz (Azərbaycan) – Admira (Avstriya)

Baş hakim: Vitali Meşkov

Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)

Bakı. “Dalğa Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm