Həyat yoldaşı Mourinyonu “SATDI” - FOTO
Bizi izləyin

İdman

Həyat yoldaşı Mourinyonu “SATDI” - FOTO

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Yuventus"un futbolçusu Pol Poqbanı transfer etməkdə israrlıdır.

Publika.az xəbər verir ki, Mourinyonun bu məsələdə israrlı olmasını həyat yoldaşı faş edib. Matilda Mourinyo "tvitter"də Jozenin şəklini paylaşıb.

Arxa planda Mourinyonun "Mançester Yunayted"də tətbiq edəcəyi taktiki sxem diqqəti çəkir. Maraqlıdır ki, taktiki sxemin yer aldığı lövhədə Pol Poqbanın da adı var.

Taktiki sxemdən görünür ki, Pol Poqba "Qırmızı şeytanlar"ın əsas oyunçusu kimi təqdim edilib. Onun əvəzləyicisi isə Maruan Fellaynidir. Mourinyo Kris Smollinqlə Luk Şouya da əsas heyətin üzvü kimi baxır. Deyli Blindlə Markus Roxo isə ehtiyatda oturmalı olacaqlar.

Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, "Mançester Yunayted" Poqbaya görə 123 milyon avro ödəməyə hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm