Ayağı sınan futbolçu qərarını verdi - FOTO
Bizi izləyin

İdman

Ayağı sınan futbolçu qərarını verdi - FOTO

Uzun müddətə sıradan çıxan "Şanxay Şenxua"nın hücumçusu Demba Ba karyerasıyla bağlı qərarını açıqlayıb.

Publika.az xəbər verir ki, Çin superliqasında "Şanxay SİPG" ilə görüşdə ayağı sınan 31 yaşlı futbolçu tezliklə yaşıl meydanlara qayıtmaq üçün əlindən gələni edəcəyini bildirib:

"Çox ciddi bir zədə aldım. Ancaq bu çətinliyin də öhdəsindən gələcəm. Karyeramı başa vurmağı düşünmürəm. Çünki daha öncə oxşar zədədən sonra futbola qayıdan oyunçular olub. Gözlənildiyindən də tez sağala bilərəm. Bunun üçün əlimdən gələni edəcəm".

Çin Superliqasında keçirdiyi 18 görüşdə 14 qol vuran Demba Ba bombardirlər siyahısında liderlik edirdi.

Bu arada Nigeriya millisinin sabiq hücumçusu Obafemi Martins seneqallı futbolçuya baş çəkib. O, xəstəxanadan çəkdiyi fotonu “Instagram” səhifəsində paylaşıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm