Çempionlar Liqası: “Qarabağ” – “Viktoriya” və başqaları
Bizi izləyin

İdman

Çempionlar Liqası: “Qarabağ” – “Viktoriya” və başqaları

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri məlumdur.

Publika.az xəbər verir ki, dünən 2-ci mərhələ yekunlaşdıqdan sonra pley-off uğrunda mübarizə aparacaq klubların tam siyahısı dəqiqləşib.

“Qarabağ”ın Çexiya “Viktoriya”sı ilə görüşəcəyi mərhələdə 15 cüt üz-üzə gələcək. Bunlardan 5-i Liqa, 10-u Çempionlar yolunda qarşılaşacaq.

Çempionlar Liqası. III təsnifat mərhələsi

Çempionlar yolu

Rusenborq (Norveç) - APOEL (Kipr)

Dinamo (Zaqreb, Xorvatiya) - Dinamo (Tiflis, Gürcüstan)

Olimpiakos (Yunanıstan) – Hapoel (Beyer-Şeva, İsrail)

Astana (Qazaxıstan) - Seltik (Şotlandiya)

Trençin (Slovakiya) - Legiya (Polşa)

Viktoriya (Çexiya) - Qarabağ (Azərbaycan)

Astra (Rumıniya) - Kopenhagen (Danimarka)

BATE (Belarus) - Dandalk (İrlanaiya)

Ludoqorets (Bolqarıstan) - Srvena Zvezda (Serbiya)

Partizani (Albaniya) - Zalsburq (Avstriya)

Liqa yolu

Ayaks (Hollandiya) - PAOK (Yunanıstan)

Sparta (Çexiya) - Styaua (Rumıniya)

Şaxtyor (Ukrayna) - Yanq Boyz (İsveçrə)

Rostov (Rusiya) - Anderlext (Belçika)

Fənərbaxça (Türkiyə) - Monako (Fransa)

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları avqustun 2-3-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm