Dünyanın ən bahalı gənc futbolçusu kimdir? - FOTO
Bizi izləyin

İdman

Dünyanın ən bahalı gənc futbolçusu kimdir? - FOTO

“Mançester Yunayted”in və Fransa millisinin hücumçusu Antonio Marsial dünyanın ən bahalı gənc futbolçusu seçilib.

Publika.az xəbər verir ki, “Soccerex”in araşdırmasında 1995-ci il iyulun 1-ə qədər olan futbolçuların qiyməti əsas götürülüb. Ötən yay “Mançester Yunayted”in 36 milyon funta aldığı fransız hazırda 39,7 milyona (47,3 milyon avro) dəyərləndirilir. Bu isə Marsialı 21 yaşa qədər olan futbolçular arasında dünyanın ən bahalısı edir.

“Soccerex”in versiyasına görə ən bahalı 10 futbolçu (U-21)

Antoni Marsial (Mançester Yunayted) - 39,7 milyon funt

Leroy Sane (Şalke) - 37,13 mln

Renatu Santiş (Bavariya) - 34,55 mln

Dele Alli (Tottenhem) - 34,14 mln

Kinqsli Koman (Bavariya) - 30,69 mln

Brel Embolo (Şalke) - 25,44 mln

Markus Reşford (Mançester Yunayted) - 22,51 mln

Maks Mayer (Şalke) - 21,64 mln

Keleçi İheanaço (Mançester Siti) - 20,07 mln

Yulian Vayql (Borussiya) - 19,82 mln

Araşdırmada futbolçuların yaşı, mövqeyi, oynadığı klub, müqavilə müddəti, transfer qiyməti, millidə oyun sayı, oynadığı dəqiqə sayı, qol sayı, zədələnmələr və texniki keyfiyyətlər nəzərə alınıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm