"Çelsi" istədiyini aldı, "Real" ilk dəfə yenildi
Bizi izləyin

İdman

"Çelsi" istədiyini aldı, "Real" ilk dəfə yenildi

UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib. Avropanın iki şəhərində baş tutan iki qarşılaşmada iki xoşbəxtin adına aydınlıq gəlib.

UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib. Avropanın iki şəhərində baş tutan iki qarşılaşmada iki xoşbəxtin adına aydınlıq gəlib.

Qarşılaşmalardan biri Dortmundda baş tutub və "Borussiya" "Real"ı qəbul edib. İlk matçda "Real" 3:0 hesablı qələbə qazandığından cütün taleyi demək olar ki, həll olunmuşdu. Lakin almanlar sonadək mübarizə apararaq qalib gəlsələr də, mərhələ adlaya bilməyiblər. Belə ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Marko Reus 24-37-ci dəqiqələrdə dubl edib. Bu "Real"ın cari mövsüm Çempionlar Liqasında ilk yenilgisi olub. "Kral Klubu" bundan əvvəl keçirdiyi 9 oyunda 8 qələbə qazanmış və 1 dəfə heç-heçə oynamışdı.

Digər matçda isə "Çelsi" PSJ-ni qəbul edib. İlk matçda fransızlar 3:1 hesablı qələbə qazandığından favorit hesab olunurdular. Lakin Joze Mourinyonun komandası PSJ-yə yarımfinala çıxmağı "qadağan edib. Oyun londonluların istədiyi hesabla yekunlaşıb - 2:0. 18-ci dəqiqədə Eden Hazardın əvəzinə meydana çıxan Andre Şkürrle 14 dəqiqə sonra hesabı açıb. 87-ci dəqiqədə isə Demba Ba fransızların yarımfinala gedən yolunu bağlayıb.

Qeyd edək ki, mərhələnin digər iki oyunu sabah keçiriləcək. "Atletiko" "Barselona"nı, "Bavariya" "Mançester Yunayted"i qəbul edəcək. Bu komandalar arasındakı hər iki görüş 1:1 hesabı ilə yekunlaşıb.

Çempionlar Liqası

2013/14 mövsümü

1/4 final (cavab oyunları)

8 aprel

Borussiya (Dortmund, Almaniya) - Real (Madrid, İspaniya) 2:0

Qollar: Marko Reus, 24; 37.

Borussiya: Roman Veydenfeller, Manuel Friedrix, Mats Hummels, Oliver Kirç, Lukaş Pişçek (Pierre-Emerik Aubameyanq, 81), Erik Durm, Marko Reus, Miloş Jojiç, Kevin Qrosskreuts, Robert Levandovski, Henrix Mkitaryan.

Ehtiyat oyunçular: Mitçell Lanqerak, Sokratis Papastatopulos, Yonas Hofmann, Nuri Şahin, Julian Şkieber, Marvin Dukx.

Baş məşqçi: Yurgen Klopp.

Real: İker Kasilyas, Pepe, Serxio Ramos, Fabio Koentrao, Daniel Karvajal, Qaret Beyl, Xabi Alonso, Luka Modriç, Angel Di Maria (Kasemiro, 83), Asyer İllarramendi (İsko, 46), Kərim Benzema (Rafael Varane, 90+2).

Ehtiyat oyunçular: Dieqo Lopes, Naço, Kriştiano Ronaldo, Alvaro Morata.

Baş məşqçi: Karlo Ançelotti.

Sarı vərəqələr: Marko Reus, 75. Pierre-Emerik Aubameyanq, 82 - Serxio Ramos, 27. Xabi Alonso, 31. Daniel Karvajal, 68. Kasemiro, 83. Kərim Benzema, 90+2.

Dəqiq olmayan penalti: Angel Di Maria, 17.

Baş hakim: Damir Skomina (Sloveniya).

Dortmund. "Siqnal İduna Park" stadionu.

Çelsi (İngiltərə) - PSJ (Fransa) 2:0

Qollar: Andre Şkürrle, 32.Demba Ba, 87.

Çelsi: Petr Çex, Branislav İvanoviç, David Luiz, Hari Kahill, Con Terri, Sezar Azpilikueta, Frank Lempard (Demba Ba, 66), Oskar (Fernando Torres, 81), Eden Hazard (Andre Şkürrle, 18), Villian, Samuel Eto`O.

Ehtiyat oyunçular: Mark Şvarzer, Eşli Koul, Tomaş Kalas, Con Obi Mikel.

Baş məşqçi: Joze Mourinyo.

PSJ: Salvatore Siriqu, Tyaqo Silva, Aleks, Maksvell, Kristof Jallet, Tyaqo Motta, Blayse Matuidi, Marko Verratti (Yohan Kabaye, 55), Lukas (Markuinyos, 84), Edinson Kavani, Ezekuiel Lavezzi (Xavyer Pastore, 79).

Ehtiyat oyunçular: Nikolas Douçes, Lukas Digne, Qreqori van der Viel, Ceremi Menes.

Baş məşqçi: Laran Blan.

Sarı vərəqələr: Villian, 24. Frank Lempard, 41. Branislav İvanoviç, 56. David Luiz, 82- Marko Verratti, 27. Edinson Kavani, 40. Lukas, 52. Maksvell, 79.

Baş hakim: Pedro Proença (Portuqaliya).

London. "Stemford Bric".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm