“Qəbələ”də yeni hücumçu
Bizi izləyin

İdman

“Qəbələ”də yeni hücumçu

"Qəbələ" Marsel Essombenin transferiylə bağlı Buxarest "Dinamo"su ilə razılıq əldə edib.

Publika.az xəbər verir ki, bu barədə "Qəbələ"nin rəsmi "facebook" səhifəsində məlumat yayılıb.

Ampluaca hücumçu olan Essombe danışıqların yekunlaşdırılması və tibbi müayinədən keçmək məqsədiylə ölkəmizə dəvət edilib.

Karyerasına Fransada başlayan Essombe bu ölkənin bir sıra klublarında forma geyinib. O, son mövsümü "Dinamo"da keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm