AFFA stadionu su qiymətinə satıb
Bizi izləyin

İdman

AFFA stadionu su qiymətinə satıb

AFFA stadionu su qiymətinə satıb

AFFA rəsmiləri mətbuatın təkidinə baxmayaraq uzun müddət idi ki, “Şəfa” stadionunun “İnter” klubuna satış məbləğini açıqlamırdı.

Publika.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov nəhayət qiyməti açıqlayıb. Baş katibin “Het-trik news” qəzetinə açıqlamasından məlum olur ki, federasiya böyük kompleksi su qiymətinə satıb: “Şəfa” stadionunun satış məbləği ƏDV xaric 4 milyon 250 min manatdı.

Satış hələ tam başa çatmayıb. Daha dəqiq, stadion AFFA-nın balansından klubun balansına tam keçməyib. Bu proses hələ davam edir. Klub məbləğin 50 faizini ödəyib və tam ödənişdən sonra “Şəfa” onların balansına keçəcək.

Bir məqamı da qeyd edim - “Şəfa” stadionunu satarkən məbləğdə “İnter” klubuna müəyyən güzəştlər etmişik. Bunun da səbəbi odur ki, klub neçə il idi ki, bütün kompleks üçün aylıq 20 min manat icarə haqqı ödəyir.

Digər tərəfdən klubun “Şəfa”nı futbol məqsədləri üçün istifadə etməsini də diqqətdən qaçırmamışıq. “Şəfa”nın satılması prosesi tam başa çatmadığından əldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarə olunub. Məbləğ tam ödənildikdən sonra AFFA-nın növbəti hesabatında gəlir kimi öz əksini tapacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm