Azərbaycanın üç qat dünya çempionu öldü - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanın üç qat dünya çempionu öldü - FOTOLAR

Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətov dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə idmançının yaxın dostları sosial şəbəkədə yazıblar.

Məlumata əsasən 22 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

İdmançının dostu Aydın Hüseynov bildirib ki, ilkin versiyaya görə idmançı ürəkçatışmazlığından həyatını itirib: “Onun ölümü ilə bağlı ekspertiza rəyi yaxın günlərdə bilinəcək”.

Aydın Hüseynovun sözlərinə görə, indiyədək idmançının səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm