İdman
Tofiq Bəhramovun oğlu: “50 il əvvəl atam...”
1966-cı il Dünya Futbol Çempionatının finalında
İngiltərə yığmasının qələbəsindən 50 il ötür.
Publika.az BBC-yə istinadən bildirir ki, bu matçda yan xətt hakimi
olmuş Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov atasını
xatırlayır.
Mənim 13 yaşım vardı. Bu oyuna televizorda baxırdım. Mən də bir vaxtlar futbolçu olmuşam.
Atam İngiltərədən qayıtdıqdan sonra mənə bu matç haqqında çox bəhs etmişdi. O çox həyəcanlı idi. Bu oyunda əsas vaxt 2-2 hesabı ilə başa çatmışdı və əlavə vaxt verilmişdi. Elə bu zaman Geoff Hurst üçüncü, mübahisəli qolu vurmuşdu.
Mərkəz hakimi, isveçrəli Gottfried Dienst qol anını tutmamışdı. İngilislər əllərini qaldırırdılar, almanlar narazı idilər.
Və bu anda Dienst bütün məsuliyyəti yan xətt hakimi Tofiq Bəhramovun boynuna yüklədi. Bəhramovun yanına qaçaraq soruşdu: Qol idi?
Bəhramov əlində bayraqla mərkəzi göstərirdi: qol. O başının hərəkəti ilə də mərkəzi göstərirdi. Qəşəng saçları vardı. O əmin idi. Qol vurulmuşdu.
Almanlar bir anda onun üstünə cummuşdular, onlar etirazlarını bildirirdilər. Bu oyundan sonra videoyazıya baxış keçirilmişdi. İngilislər də, almanlar da orada idilər.
Hamı əmin olub ki, qol vurulub. Almanlar atamdan üzr istəmişdilər. Şəxsən komandanın kapitanı Uwe Seeler özü üzrxahlıq etmişdi.
Hətta mərkəz hakimi Dienst atama demişdi: "Siz mənim reputasiyamı xilas etdiniz". Bütün bunlar atamın kitabında yazılıb.
Həmin gündən atam dünyanın ən məşhur futbol hakimi olmuşdu. Onu küçədə tanıyır, telekanallara dəvət edirdilər. Evimizə bütün dünyadan jurnalistlər gəlirdi.
Atama FİFA-nın "Qızıl fit" mükafatını vermişdilər.
İngiltərə kraliçası isə atama futbol kubokunun surətini
bağışlamışdı. Bu hədiyyə indiyədək evimizdədir.
Həmin çempionatdan sonra həyatımız yaxşıya doğru dəyişdi. Sovet
hakimiyyəti atamı Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.
Bir dəfə atamla çimərlikdə idik. Yaxınlıqda kabab çəkirdilər. Biz sudaydıq. Bir də gördük ki, həmin dəstədən bir nəfər əlində bir sini kababla suya girdi. Bizim üçün kabab gətirmişdilər. Deyirdilər ki, "bu bizim ailəmizdən sizə hədiyyədir".
Ölkənin bir vaxtlar Leninin adını daşıyan birinci stadionuna indi atamın adı verilib. Bu adı stadiona o vaxtkı prezidentimiz Heydər Əliyev verib.
Bu yaxınlarda ailəliklə Britaniya səfirliyində kraliça Elizabeth-in ad gününə həsr edilmiş ziyafətdə iştirak etmişik. Bizi şəxsən xanım səfirin özü dəvət etmişdi.
Amma Londonda heç vaxt olmamışıq.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO