Ulduz futbolçu döyüşmək üçün Suriyaya gedib?
Bizi izləyin

İdman

Ulduz futbolçu döyüşmək üçün Suriyaya gedib?

Ulduz futbolçu döyüşmək üçün Suriyaya gedib?

Moskva “Lokomotiv”nin ulduz futbolçusu Lassana Diarranın döyüşmək üçün Suriyaya getdiyi barədə məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, Britaniya mətbuatı Fransa və Mali vətəndaşlığı olan Diarranın islam mücahidi kimi Suriyaya döyüşməyə getdiyini iddia edib.

Futbolçunun meneceri Dyupon Moretti bu məlumatı təkzib edib: “Onun Suriyaya getməsi haqda yayılan məlumatı qətiyyətlə təkzib edirəm. Diarra heç vaxt ora getməyəcək. Bu, absurddu. O, mücahid yox, futbolçudu”.

“Lokomotiv”in baş məşqçisi Leonid Kuçuka bildirib ki, futbolçu sonuncu oyunu yalnız zədəyə görə buraxıb və yarımmüdafiəçi yaxın günlərdə meydana qayıdacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm