İdman
"Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİR
Avqustun 2-də Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Qarabağ"ın start heyətində meydana İbrahim Şehim, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarrem Muarrem, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Bədavi Hüseynov və Dani Kintana çıxıblar.
Çexiya təmsilçisinin ilk on birliyində isə Matuş Kozaçik, Lukaş Qeyda, Aleş Mateyu, Roman Qubnik, Tomaş Qorjava, David Limberski, Milan Petrjela, Mixail Dyuriş, Patrik Qroşovski, Yan Kovarjik və Daniel Kolarj yer alıblar.
Türkiyəli baş hakim Hüseyin Göçekin idarə etdiyi oyunun ilk hissəsinə Çexiya təmsilçisi fəal başlayıb. Qonaqlar "Qarabağ"ın qapısı qarşısında təhlükəli məqamlar yaratsalar da, fərqlənə bilməyiblər. Hissənin ortasında təşəbbüsü ələ alan Ağdam təmsilçisi hesabı açıb. Görüşün 28-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Muarrem Muarremin qolu komandasını hesabda önə çıxarıb. Matçın ilk hissəsi "Qarabağ"ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
İkinci hissəyə Ağdam təmsilçisi fəal başlayıb. "Qarabağ"ın futbolçuları rəqib qapısına zərbələr endirsələr də, top çərçivədən keçməyib. Lakin görüşün 85-ci dəqiqəsində "Viktoriya"nın futbolçusu Mixael Krmençik hesabı bərabərləşdirib.
Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Çexiyada təşkil olunan oyunda hesab açılmamışdı. İki oyunun nəticəsinə görə, "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, turnirin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" Lüksemburqun "F91 Düdelanj" komandasını yarışdan kənarlaşdırıb.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı