Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirlib
Bizi izləyin

İdman

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirlib

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirlib.

Apasport.az saytının məlumatına görə, daha 10 qarşılaşmada pley-offa yüksələn komandaların adlarına aydınlıq gəlib.

Səfərdə "Astana" ilə bərabərliyə razılaşan "Seltik" öz meydanında son dəqiqədə vurduğu penalti qolu ilə mərhələni keçməyi bacarıb. "Yanq Boys" - "Şaxtyor" oyununun taleyinə isə əlavə vaxtda aydınlıq gəlib.

Gecənin ən maraqla gözlənilən oyunu “Monako” – “Fənərbaxça” matçı olub. Öz meydanında 2:1 hesablı qələbə qazanan “sarı-lacivərtlilər” səfərdə də sərfəli nəticə əldə edərək uzun müddətdi davam edən Çempionlar Liqası həsrətinə son qoymaq üçün önəmli addım atmağı planlaşdırırdı. Ancaq Fransa təmsilçisi türkləri bu arzusunu ən az bir illik təxirə salmağa məcbur edib. 3:1 hesablı qələbə qazanan knyazlıq klubu pley-offa yüksələn tərəf olub.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

3 avqust

“Kopenhagen” (Danimarka) - “Astra” (Rumıniya) - 3:0

İlk oyun – 1:1

“Styaua” (Rumıniya) - “Sparta” (Çexiya) - 2:0

İlk oyun – 1:1

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Olimpiakos” (Yunanıstan) - 1:0

İlk oyun – 0:0

“Yanq Boyz” (İsveçrə) - “Şaxtyor” (Ukrayna) - 2:0 (əlavə vaxt)

İlk oyun – 0:2

“Zalsburq” (Avstriya) - “Partizani” (Albaniya) - 2:0

İlk oyun – 1:0

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) - 1:2

İlk oyun – 1:1

“Anderlext” (Belçika) - “Rostov” (Rusiya) - 0:2

İlk oyun – 2:2

“Legiya” (Polşa) - “Trençin” (Slovakiya) - 0:0

İlk oyun – 1:0

“Monako” (Fransa) - “Fənərbaxça” (Türkiyə) - 3:1

İlk oyun – 1:2

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) - 2:1

İlk oyun – 1:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm