"Rəvan" “Qarabağ”la oyuna hazırlaşır
Bizi izləyin

İdman

"Rəvan" “Qarabağ”la oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının 30-cu turunda "Qarabağ”ın qonağı olacaq "Rəvan” bu oyununun hazırlıqlarını davam etdirir.

Azərbaycan Premyer Liqasının 30-cu turunda "Qarabağ”ın qonağı olacaq "Rəvan” bu oyununun hazırlıqlarını davam etdirir.

Publika.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Bayıl Arena”da bir araya gələn komanda bu gün bir məşqlə kifayətlənib.

Futbolçulardan yalnız Ayaz Mehdiyev hərarəti səbəbindən məşqdə iştirak etməyib. Zədəli olan Oke Akpoveta və Tyaqo Mirasemanın "Qarabağ”la matçda oynayıb-oynamayacağı qarşılaşma günü bəlli olacaq.

Qeyd edək ki, "Qarabağ” – "Rəvan” oyunu aprelin 12-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm