Cüdoçumuz medalı əldən verdi (YENİLƏNİB)
Bizi izləyin

İdman

Cüdoçumuz medalı əldən verdi (YENİLƏNİB)

Azərbaycan cüdoçusu Orxan Səfərov "Rio-2016" Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurub. Bürünc medal uğrunda görüşdə idmançımız yaponiyalı Naohisa Takotaya məğlub olub.

23:45

Orxan Səfərov yarımfinalda qazaxıstanlı Yeldos Smetova uduzub. Azərbaycan idmançısı bürünc medal uğrunda görüşə çıxacaq. Cüdoçumuzun rəqibi yaponiyalı Naohisa Takota olacaq.

***

Cüdoçumuz növbəti mərhələdə Braziliya idmançı Felipe Kitadai ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn O.Səfərov yarımfinala yüksəlib.

***

Cüdoçumuz növbəti qələbəsini qazanıb.

O.Səfərov 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev üzərində təmiz qələbə qazanıb. İdmançımız səkkizdəbir finalda Felipe Kitadai (Braziliya) – Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşıb.

***

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.

Publika.az-ın xəbərinə verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib.

Qeyd edək ki, Orxan Səfərov 1/8 finalda qırğızıstanlı Otar Bestayevlə qarşılaşacaq.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm