• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Rusiyaya daha bir zərbə

  • İdman
  • 8 Avqust 2016 13:52
  • 1 043 Baxış
Rusiyaya daha bir zərbə

Rusiya idmanı üçün 2016-cı il heç vaxt unudulmayacaq. Üst-üsə alınan “qara” xəbərlərə daha biri əlavə olunub. Belə ki, Rusiya yığması Rio Paralimpiya Oyunlarından kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi şimallıları sentyabrın 7-də start götürəcək yarışa buraxmamağa qərar verib.

Buna səbəb çoxsaylı dopinq qalmaqallarıdır. Lakin məsələ ilə bağlı yekun qərar İdman Arbitaj Məhkəməsindən asılı olacaq. 35 rusiyalı paralimpiyaçının dopinqlə bağlılığı təsdiqlənməsə, qonşularımız son anda yarışa qatıla da bilər.

Qeyd edək ki, Rusiya Rio Yay Olimpiya Oyunlarına 387 lisenziya qazansa da, son anda idmançılardan 281-nin iştirakına icazə verildi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR