İdman
“Qəbələ”dən qələbə: I tur başa çatdı
Bu gün futbol üzrə Azərbaycan çempionatında 2016/2017 mövsümünün ilk turuna yekun vurulub.
Turun son görüşündə "Qəbələ" və Gəncənin "Kəpəz" klubları üz-üzə gəlib.
"Dalğa Arena"da baş tutan matçda ilk qol nominal meydan sahiblərinin aktivinə yazılıb. Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın heyətində oyuna əvəzetmədən daxil olan Tellur Mütəllimov adını tabloya yazdırıb. Matçın 58-ci dəqiqəsində vurulan bu qol sonuncu olmayıb. 21 dəqiqə sonra Baqali Dabo ilk qolun müəllifinin ötürdüyü topu başla qapıya göndərib - 2:0. Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, turun digər oyununda "Neftçi" AZAL-ı 2:0, "Sumqayıt" "Zirə"ni 1:0, "İnter" isə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı