İdman
Rio-2016: Albert Səlimov rinqə çıxır
Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının 4-cü yarış günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
Publika.az xəbər verir ki, onlardan 3 boksçu mübarizəyə yeni qoşulacaq.
Günə ilk olaraq Olqa Senyuk başlayacaq. O, qadınlar arasında fərdi olaraq kamandan oxatma yarışında mübarizə aparacaq. 1/32 finalda onun rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə 23:57-də keçiriləcək.
Daha sonra kişilər arasında avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yotov tandemi yarımfinal mübarizəsinə qoşulacaq. Yarımfinal saat 17:30-da başlayacaq.
Günə boksçularımız yekun vuracaq. İlk olaraq rinqə 1/16 final mərhələsində 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Boksçumuz çinli Minggang Zhaoya qalib gəlməyə çalışacaq. Döyüş 19:15-də keçiriləcək.
Rinqə ikinci gecə saat 00:45-də Albert Səlimov çıxacaq. O, 60 kq çəkidə 1/16 finalda mavrikiyalı Merven Clairdən üstün olmağa çalışacaq.
Günün sonuncu döyüşünə isə +91 kq-da (+91 kg) Məhəmmədrəsul Məcidov çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Məhəmməd Arjaoui ilə üz-üzə gələcək. Döyüş 1/16 final mərhələsində baş tutacaq.
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO