“Barselona”nın futbolçularını söhbətə çəkəcəklər – VİDEO
Bizi izləyin

İdman

“Barselona”nın futbolçularını söhbətə çəkəcəklər – VİDEO

“Barselona”nın futbolçularını söhbətə çəkəcəklər – VİDEO

“Atletiko” güclü idi, bu komanda öz qolunu vura bildi. Bizim də imkanlarımız oldu, ancaq onlardan yararlana bilmədik. Vuracağımız bir qol oyunun müqəddəratını dəyişə bilərdi”.

Publika.az xəbər verir ki, bu fikirləri “Barselona”nın baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko” ilə keçirilən cavab qarşılaşmasından sonra deyib.

Martino rəqibin yaxşı oynadığını etiraf edib: “Visente Kalderonda” azarkeşlərin yaratdığı ab-havanı Avropanın başqa yerlərində görmək çətindi. “Barselona”nın oynadığı futbol “Atletiko”nun yararlandığı futbol fəlsəfəsindən fərqlənir. Biz son 10 ildə necə oynayırıqsa, elə də etməyə çalışdıq. Bu gün ilk 20 dəqiqədə bir komanda o birindən nisbətən üstün görünürdü. Hücum qurmaq üçün boş sahə tapmaqda çətinlik çəkirdik. Komandada hamı məyusdu. İndi futbolçularla söhbət etmək lazımdı. Gələcəyə baxmaq vacibdi. Bundan sonra çempionatda və İspaniya kubokunda qələbə qazanmaq üçün mübarizə aparmalıyıq”.

Xatırladaq ki, “Atletiko” cavab qarşılaşmasında “Barselona”ya 1:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb. İlk görüş 1:1 hesabı ilə başa çatmışdı.

Oyundan maraqlı fraqmentləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm