Rio-2016: Avarçəkənlərimiz medalsız qaldı
Bizi izləyin

İdman

Rio-2016: Avarçəkənlərimiz medalsız qaldı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti yarımfinal yürüşünə çıxıb.

Publika.az xəbər verir ki, 2 nəfərlik qoşa avarlı qayıqla mübarizə aparan cütlük finişə 6 dəqiqə 37,490 saniyəyə çataraq, yürüşü 6-cı sırada tamamlayıb.

Onlar ilk "3-lüy"ə düşə bilmədiklərindən, mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. Aleksandrov - Yotov dueti B finalında (7 - 12-ci yerlər) mübarizə aparacaq.

Qeyd edək ki, yürüşün qalibi litvalı Mindauqas Qrişkonis - Saulius Ritter (06:14.610) olub. Sonrakı iki yeri italiyalı Françesko Fossi - Romano Battisti (06:15.240) və fransalı Uqo Buşeron - Matyö Androdias (06:16.150) dueti yeri tutub. Hər 3 cütlük əsas finala yüksəlib. Aleksandr Aleksandrov - Boris Yotov dueti B finalında almaniyalı Marsel Hakker - Ştefan Krüger (06:18.320), serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç (06.27.660), eləcə də digər yarımfinal yürüşündə ilk "3-lüy"ə düşə bilməyən yeni zelandiyalı Robert Menson - Kristofer Harris (06:17.010), avstraliyalı Devid Uotts - Kristofer Morqan (06:19.360) və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev (06:47.000) cütlüklərinə rəqib olub. Yürüş 11 avqust saat 15:50-də başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm