Keçmiş prezident varisini oğurlamaq üçün killer tutub
Bizi izləyin

İdman

Keçmiş prezident varisini oğurlamaq üçün killer tutub

Keçmiş prezident varisini oğurlamaq üçün killer tutub

“Valensiya” klubunun keçmiş prezidenti Xuan Soler ispan polisi tərəfindən həbs edilib. Publika.az xəbər verir ki, o, “uçan yarasalar”ın başqa bir keçmiş prezidentinin – özündən sonrakı varisinin qaçırdılmasında şübhəli bilinir.

Visente Sorianonun qaçırılmasına Solerə olan borcu səbəb olub.

Klubun səhm paketlərinin idarə olunmasını təhvil verdiyinə görə, Soler kompensasiya odənilməliydi. Sorianodan borcu almaq istəyən keşmiş president muzdlu qatil tutub.

Polis bu barədə axtarışların aparılması və Solerin günahını sübuta yetirən videonun olmasını təsdiqləyib. O, hələ ki, ifadə verməkdən imtina edir.

Solerə ölkə ərazisini tərk etmək qadağan olunub. Öz növbəsində, Soriano hər şeyin yaxşı olduğunu və bu xəbərdən təəccübləndiyini deyib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm