“Dalğa”da əcnəbilərin görüşü – “Qarabağ”ı “VURMAQ” PLANI
Bizi izləyin

İdman

“Dalğa”da əcnəbilərin görüşü – “Qarabağ”ı “VURMAQ” PLANI

Sabah Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk dəfə oyunların hərəsi bir gündə keçiriləcək.

“Sumqayıt” son 3 mövsümün çempionu “Qarabağ”ı qəbul edəcək. Mövsümə Zirədəki gözlənilməz qələbə ilə başlayan Samir Abasovun yetirmələri Ağdam klubuna növbəti zərbəni vurmağa çalışacaq. Çempionlar Liqası ilə vidalaşıb, ardından “İnter”ə də uduzan Qurban Qurbanovun yetirmələri favoriti olduğu görüşdə də xal itirsə, Avropa Liqasının oyunu öncəsi psixoloji cəhətdən çətin duruma düşəcək. Sumqayıtlılar isə nə dərəcədə iddialı olduqlarını bu matçda göstərə bilər.

Turun ikinci oyun günündə Avropa Liqasında mübarizəni davam etdirən digər klubumuz “Qəbələ” meydana çıxacaq. Əyalət klubu Bakıda “İnter”i qəbul edəcək. Oyun paytaxt təmsilçisinin meydanında keçirilməli olsa da, “Dalğa Arena”da baş tutacaq. İlk turda qələbə qazanan iki rəqib arasındakı görüş turun mərkəzi oyunu hesab edilir. Bu oyun həm də "Qarabağ"ın üçillik hegemonluğuna son qoymaq istəyən Premyer Liqanın iki əcnəbi mütəxəssisi – Roman Qriqorçukla Zaur Svanadzenin dueli olacaq.

Gəncədə 1-ci turun uğursuzları üz-üzə gələcək. “Kəpəz” və AZAL autsayderlərin duelində qarşılaşacaq. Avropa Liqasını da nəzərə alsaq, qərblilər ümumilikdə 3 oyundur ki, qol vurmadan uduzur. Şahin Diniyevin yetirmələri bu seriyanı qırmaq əzmindədir.

Tura paytaxt derbisi ilə yekun vurulacaq. “Neftçi” tarixi ərzində uda bilmədiyi yeganə Azərbaycan klubu olan “Zirə”ni qəbul edəcək. Ötən mövsüm Zirədə hər iki oyunda uduzan, son səfərdə 3 cavabsız qolla darmadağın yaşayan “Ağ-qaralar” revanşla azarkeşlərini sevindirə bilər.

Premyer Liqa, 2-ci tur

11 avqust

19:00 Sumqayıt – Qarabağ

“Kapital Bank Arena”

12 avqust

20:00 Qəbələ – İnter

“Dalğa Arena”

13 avqust

17:00 Kəpəz – AZAL

Gəncə şəhər stadionu

14 avqust

21:00 Neftçi – Zirə

8-ci km stadionu

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm