Rio-2016: Daha bir cüdoçumuz qələbə ilə başladı
Bizi izləyin

İdman

Rio-2016: Daha bir cüdoçumuz qələbə ilə başladı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev ilk görüşünü keçirib.

Publika.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi Bakı 2015 I Avropa Oyunlarının qalibi və qitə çempionu, rusiyalı Kirill Denisov olub.

Görüşün əvvəllərində azərbaycanlı cüdoçu, sona doğru isə rusiyalı cüdoçu iki xəbərdarlıq alıb. Əsas vaxtda bərabərlik qeydə alındığından, "qızıl xal"adək əlavə vaxt təyin olunub. Bu zaman Denisovun passivliyi diqqətdən yayınmayıb. Sona doğru Mehdiyev rəqibini ipponla məğlubiyyətə uğradıb.

Onun 1/8 finaldakı rəqibi Tyaqo Kamilo (Braziliya) olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm