Rio-2016: Bu gün 7 idmançımız mübarizə aparacaq
Bizi izləyin

İdman

Rio-2016: Bu gün 7 idmançımız mübarizə aparacaq

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 7 idmançısı mübarizə aparacaq.

Publika.az xəbər verir ki, ilk olaraq, 100 kq çəki dərəcəsində cüdoçu Elmar Qasımov tatami üzərinə çıxacaq.

26 yaşlı idmançının 1/16 finaldakı rəqibi rusiyalı Avropa (2009), dünya (2011) və olimpiya çempionu (2012) Tahir Xaybulayev olacaq. Görüş Bakı vaxtı ilə saat 17:14-də başlanacaq.

Saat 20:00-da akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qoşaavarlı qayıqla 2000 metr məsafəyə "B" finalı (7-12-ci yerlər) yürüşünə qatılacaq. Onların rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqar Georgi Bojilov - Kristian Vasilev cütlükləri olacaq.

Saat 00:30-dan etibarən Azərbaycanın 4 boksçusu rinqə çıxacaq. Əvvəlcə dünya çempionu Cavid Çələbiyev (56 kq) qazaxıstanlı Kayrat Yeraliyevlə 1/16 final döyüşündə üz-üzə gələcək. Qalib boksçu növbəti mərhələdə - avqustun 15-nə keçən gecə saat 01:15-də özbəkistanlı Murodjon Axmadaliyevlə qarşılaşacaq.

Saat 00:45-də Lorentso Sotomayorla (64 kq) ukraynalı Vladimir Matviyçuk arasında 1/16 final döyüşü keçiriləcək. Bu görüşün qalibi növbəti mərhələdə Jonas Junias Jonas (Namibiya) - Hassan Amzil (Fransa) döyüşünün qalibi ilə qarşılaşacaq.

Saat 01:30-da Pərviz Bağırov (69 kq) 1/8 final görüşündə fransalı Süleyman Diop Sissoko ilə üz-üzə gələcək.

Nəhayət, saat 02:30-da Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) olimpiadada ikinci görüşünə çıxacaq. Onun 1/8 finaldakı rəqibi hollandiyalı Peter Müllenberq (Hollandiya) olacaq.

Azərbaycanın olimpiadada medalsız qalan idmançılarının sayı isə 16-ya çatıb. Onların arasında cüdo, boks, velosiped, üzgüçülük, avarçəkmə idmanı və s. növlərin təmsilçiləri var. onlardan yalnız biri - güllə atıcısı Ruslan Lunyovu qarşıda daha bir sınaq gözləyir. Lunyov 25 metr məsafəyə sürətli atəş yarışında da çıxış edəcək.

Cüdo

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Pavlo Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşaavarlı qayıq - M2X) - finala çıxa bilməyib

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm