“Neftçi”nin prezidenti baş redaktoru həbs etdirməkdə israrlıdı
Bizi izləyin

İdman

“Neftçi”nin prezidenti baş redaktoru həbs etdirməkdə israrlıdı

“Neftçi”nin prezidenti baş redaktoru həbs etdirməkdə israrlıdı

“Neftçi” klubunun “Sport Favorit” qəzetini məhkəməyə verməsi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, klub prezidenti Sadıq Sadıqov, vitse-prezident Tahir Süleymanov, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə şərəf və ləyaqətlərinin təhqir olunduğunu əsas gətirərək, mülki qaydada Nəsimi rayon məhkəməsinə müraciət etmişdilər. İddiaçılar qəzetdən 100 min manat tələb edirdilər.

Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayev “Neftçi” rəhbərliyinin iddiasını qismən təmin edərək, qəzeti 5 min manat cərimə etmişdi.

Publika.az xəbər verir ki, qərardan narazı qalan “Sport Favorit” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verib. Maraqlıdır ki, “Neftçi” rəhbərliyi də Nəsimi rayon məhkəməsinin qərarından narazılıq edərək apellyasiya şikayəti verib.

Artıq ilk məhkəmə prosesi keçirilib. “Neftçi”nin vəkili Eldar İsmayılov qəzetin 100 min manat cərimə ödəməsini tələb edib. Vəkil onu da bildirib ki, “Neftçi” rəhbərliyi “Sport Favorit”in baş redaktoru İlkin Vaqifoğlunun həbs olunmasına salışacaq.

Vəkil bildirib ki, yaxın günlərdə klub rəhbərliyi baş redaktorla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm