İdman
Rio-2016: Cüdo yığmamız çıxışını başa vurdu - 2 MEDALLA
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri bu gün iki görüş keçirib.
Publika.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/16 finalda latviyalı Artur Nikiforenko ilə üz-üzə gəlib.
Görüş cəmi 4 dəqiqə 42 saniyə davam edib. Kokauri rəqibinə ipponla qalib gəlib. 1/8 finalda onun rəqibi yaponiyalı Hisayoşi Haraşava olub.
1/8 final qarşılaşmasının əvvəlində Haraşava xəbərdarlıq xalı alsa da, sonradan ipponla qələbəyə nail olub.
Bununla da Kokauri və Azərbaycan cüdo yığması olimpiadada çıxışını başa vurub. Yığma üzvlərindən Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi