Rio-2016-da növbəti rekord
Bizi izləyin

İdman

Rio-2016-da növbəti rekord

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 10 000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşib.

Publika.az xəbər verir ki, buna efiopiyalı atlet Almaz Ayana imza atıb. Belə ki, Efiopiya təmsilçisi həmin məsafəni 29 dəqiqə 17,45 saniyəyə qət edərək, həm yeni dünya rekordu qırıb, həm də Rio-2016-da ölkəsinə qızıl medal qazandırıb.

Qeyd edək ki, bundan əvvəlki dünya rekordu çinli Van Tszyunsyaya məxsus olub. O, 1993-cü ildə 10 000 metr məsafəni 29 dəqiqə 31,78 saniyəyə qət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm