Rio-2016: Velosipedçimiz finala çıxa bilmədi
Bizi izləyin

İdman

Rio-2016: Velosipedçimiz finala çıxa bilmədi

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın velosipedçi Olqa İsmayılova bu gün keyrin növündə çıxış edib.

Publika.az xəbər verir ki, 31 yaşlı idmançı əvvəlcə seçmə mərhələdə mübarizə aparıb. O, öz yarımqrupunda 7 iştirakçı arasında 4-cü yeri tutub. Bu nəticə ilə İsmayılova təsəlliverici yürüşə vəsiqə qazanıb. Lakin həmin mərhələdə azərbaycanlı velosipedçi 4 iştirakçı arasında sonuncu olub. Nəticədə təcrübəli idmançı ikinci mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, Olqa İsmayılova sabah velosiped idmanının sprint növündə də mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm