İdman
Rio-2016: 3-cü medal gəlir
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxıb.
Publika.az xəbər verir ki, gənc idmançının rəqibi qazaxıstanlı Janıbek Alimxanulı olub. Görüşü yüksək əzmkarlıqla keçirən Şahsuvarlıya ilk raundda hər 3 hakim, ikincidə isə onlardan 2-si qələbə verib. Sonuncu raund isə qazaxıstanlı boksçunun üstünlüyü ilə keçsə də, ümumi nəticə dəyişməyib.
Beləliklə, Azərbaycan boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Bu, Rio-2016-da 3-cü, boksda isə ilk medal olub.
Qeyd edək ki, Kamran Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalı Arlen Lopes olacaq.
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi