“Monako” Zidanı istəyir
Bizi izləyin

İdman

“Monako” Zidanı istəyir

“Monako” Zidanı istəyir

“Monako”nun sahibi Dmitriy Rıbolovlev Zinəddin Zidanı komandasının baş məşqçisi postunda görmək istəyir.

Publika.az xəbər verir ki, Rıbolovlev italyan çalışdırıcı Klaudio Ranerini istefaya göndərmək niyyətindədi.

Ranerinin “Monako” ilə 2015-ci ilin yayına qədər müqaviləsi var. Ancaq komandanının çıxışından razı qalmayan Rıbolovlev onu Zinəddin Zidanla əvəzləməkdə israrlıdı.

Zidan hazırda “Real”da Ançelottinin köməkçisi kimi fəaliyyət göstərir. Bir müddət əvvəl xarici mətbuat onun Ançelottini əvəz edəcəyini də iddia etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm