“XL” Avstriyaya gedəcək
Bizi izləyin

İdman

“XL” Avstriyaya gedəcək

“XL” Avstriyaya gedəcək

Azərbaycan Premyer Liqasında mövsüm bitməsə də, bəzi klubların yayda hansı ölkədə hazırlıq keçəcəyi bəllidi.

Publika.az xəbər verir ki, “Xəzər Lənkəran” təlim-məşq toplanışını Avstriyanın Zaltsburq şəhəri yaxınlığında keçirəcək.

“Ağ-yaşıllar”ın toplanışa nə vaxt gedəcəyi avrokuboklara vəsiqə qazanıb-qazanmamasından asılı olacaq. Cənub təmsilçisi qitə miqyaslı turnirlərə qatılsa, Avstriyaya daha tez yollanacaq. Avropa arzusu suya düşsə, Mustafa Dənizlinin komandası istirahətə çox vaxt ayıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm