“Qarabağ”ın qənimi uduzdu, Qlazqoda “qol yağışı”
Bizi izləyin

İdman

“Qarabağ”ın qənimi uduzdu, Qlazqoda “qol yağışı”

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində daha 5 oyun keçirilib.

Publika.az xəbər verir ki, "Qarabağ"ı 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Viktoriya" səfərdə "Ludoqorets"lə qarşılaşıb. Oyun bolqarların 2:0 hesablı qələbəsiylə nəticələnib.

Günün ən maraqla gözlənilən oyunlarından biri isə Portuqaliyada baş tutub. Burda yerli "Portu" "Roma"yla üz-üzə gəlib. Oyunda hesabı italyanlar açsa da, bu üstünlüklərini sonadək qoruyub saxlaya bilməyiblər. Görüş 1:1 hesablı bərabərliklə nəticələnib.

Günün ən bolqollu oyunu isə Qlazqoda baş tutub. Burda yerli "Seltik" İsrail "Hapoel"ini topa tutub - 5:2.

Çempionlar Liqası. Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

Portu (Portuqaliya) - Roma (İtaliya) 1:1

Andre Silva, 61-p - Felipe, 21-a/q.

Vilyarreal (İspaniya) - Monako (Fransa) 1:2

Pato, 36 - Fabinyo, 3-p. Bernardo Silva, 72.

Ludoqorets (Bolqarıstan) - Viktoriya (Çexiya) 2:0

Moti, 51-p. Misidcan, 64.

Dundalk (İrlandiya) - Legiya (Polşa) 0:2

Nikoliç, 56-p. Priyoviç, 94.

Seltik (Şotlandiya) - Hapoel (Byer-Şeva, İsrail) 5:2

Roqiç, 9. Qriffits, 39; 45. Dembele, 73. Braun, 85 - Maranhao, 55. Melikson, 57.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm