Azərbaycanlı klub prezidenti avtomobil qəzasına düşdü
Bizi izləyin

İdman

Azərbaycanlı klub prezidenti avtomobil qəzasına düşdü

Azərbaycanlı klub prezidenti avtomobil qəzasına düşdü

Azərbaycan çempionatının 1-ci dəstəsində çıxış edən "Bakılı"nın işləri qaydasında deyil.

Maddi imkansızlıq içində olan komanda "Şahdağ"la oyun üçün Qusara gedə bilməmişdi və 0:3 hesablı texniki məğlubiyyətlə üzləşmişdi.

Bu azmış kimi klubun prezidenti də bədbəxt hadisə ilə üzləşib.

Publika.az Rekord.az-a istinadən xəbər verir ki, “Bakılı”nın prezidenti Misir Əbilov avtomobil qəzası keçirib.

Qəza nəticəsində Əbilov ciddi xəsarət almasa da, avtomobil yararsız hala düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm