Roman Qriqorçuk: “Elə vəziyyət yarandı ki, rəqibi sıxmalı idik”
Bizi izləyin

İdman

Roman Qriqorçuk: “Elə vəziyyət yarandı ki, rəqibi sıxmalı idik”

"Hesabda geridə olanda təcili surətdə qollar vurmağın, qələbənin lazımlığını hiss edirdim. İndi isə çox fərqli bir şey yoxdur və heç bir eyforiyaya qapılmamışam. Təcili surətdə növbəti oyunu düşünməliyik".

Publika.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Maribor"u ilə keçirilən oyundan sonra baş tutmuş mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib:

"Yalnız oyun anını düşünürəm ki, vəziyyətdən necə çıxa bilərik. Meydançada başqa şey fikirləşmirəm. Bütün futbolçularım kimi Santosu da çox istəyirəm. Sadəcə bir neçə epizodlarda yaxşı oynamadı. İlk hissədə bir neçə epizodda rəqib uzun müddət topa nəzarət etdi. Biz bunu dəyişdik, fasilədən sonra öhdəsindən gəldik. Oyunun gedişatında elə vəziyyət yarandı ki, rəqibi sıxmalı idik. Mən də futbolçularıma bunu dedim və qol vurduq. Üçüncü qolun cərimə epizodu olub-olmamasından danışa bilmərəm. Həmin epizoda baxa bilmərəm".

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Sloveniyada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm