Rio-2016: Azərbaycana daha bir bürünc medal
Bizi izləyin

İdman

Rio-2016: Azərbaycana daha bir bürünc medal

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.

Publika.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Sinişin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası 2:1 hesabı ilə yenib və bürünc medala sahib olub.

Bununla da, Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 10-a çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm