Əfsanəvi sprinter yenə Olimpiya çempionu oldu
Bizi izləyin

İdman

Əfsanəvi sprinter yenə Olimpiya çempionu oldu

Əfsanəvi sprinter Useyn Bolt karyerasında 8-ci dəfə olimpiya çempionu olub.

Publika.az xəbər verir ki, yamaykalı atlet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.

O, finalda finişə 19,78 saniyəyə çatıb. Gümüş medalı 20,02 saniyə nəticə ilə kanadalı Andre de Qrasse əldə edib. Bürünc medalı isə fransalı Kristof Lemetr 20,12 saniyə göstərici ilə qazanıb.

Finalda Türkiyə adından çıxış edən əslən azərbaycanlı sprinter Ramil Quliyev isə finişə 20,43 saniyəyə sonuncu çatıb və 8-ci yeri tutub.

Qeyd edək ki, "Rio-2016"da Useyn Bolt 100 metr məsafəyə qaçış üzrə də olimpiya çempionu olub. Onu qarşıda 4X100 metr məsafəyə estafet qaçışı gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm