Olimpiya çempionu Şərif Şərifov yarımfinalda uduzub -YENİLƏNİR
Bizi izləyin

İdman

Olimpiya çempionu Şərif Şərifov yarımfinalda uduzub -YENİLƏNİR

19:20

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov finala vəsiqə qazana bilməyib.

Publika.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz yarımfinalda Abdulrəşid Sadullayevə uduzub. “Bakı-2015” I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançı 8:1 hesabı ilə qalib gəlib.

Bununla da “London-2012”in qalibi olan Şərifov titulunu qoruya bilməyib. O, budəfəki olimpiadanın qalibi olmaq üçün bürünc medal uğrunda döyüşə çıxacaq.

18:38

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov yarımfinala yüksəlib. “Reportun”un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz 1/4 finalda da inamlı qələbə qazanıb.

Şərifovun budəfəki rəqibi Polşa təmsilçisi Mateus Baranovski olub. Güləşçimiz ilk hissədə 3, ikinci hissədə 4 xal qazanıb və qarşılaşmanı 7:0 hesabı ilə xeyrinə başa vurub.

Qeyd edək ki, Şərif Şərifovun yarımfinalda rəqibi rusiyalı Abdulrəşid Sadulayev olacaq.

17:55

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Şərif Şərifov ilk görüşünü keçirib.

Publika.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionunun 1/8 finaldakı rəqibi Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb.

Olimpiya çempionu ikinci hissənin əvvəlində 10:0 hesablı qələbə ilə görüşü vaxtından əvvəl xeyrinə yekunlaşdırıb.

Bununla da Şərif Şərifov 1/4 final mərhələsinə yüksəlib. O, növbəti mərhələdə Polşa təmsilçisi Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq. Görüş saat 18:04-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm