Rio-2016: Braziliya millisi tarix yazdı
Bizi izləyin

İdman

Rio-2016: Braziliya millisi tarix yazdı

Rio Olimpiadasında kişilərin futbol yarışına yekun vurulub.

Publika.az xəbər verir ki, həlledici oyunda meydan sahibi Braziliya millisi Almaniya ilə qarşılaşıb. "Sambaçılar" oyunda Neymarın qoluyla önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib. İkinci hissədə Meyerin qoluyla hesabı bərabərləşdirən almanlar matçın sonunadək bu hesabı qoruyub saxlamağı bacarıblar.

Əlavə 30 dəqiqədə də qol vurulmadığından, qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Burda isə daha dəqiq oynayan Braziliya millisi tarixi ərzində ilk olimpiya "qızıl"ını qazanıb.

Üçüncü yer uğrunda oyunda isə Nigeriya və Honduras milliləri üz-üzə gəliblər. 3:2 hesabıyla qalib gələn Nigeriya Olimpiadanı bürünc medalla başa vurub.

Rio Olimpiadası, kişilər arasında futbol yarışı

20 avqust

3-cü yer uğrunda oyun

Honduras - Nigeriya 2:3

Lozano, 71. Pereyra, 86 - Sadiq Umar, 34; 56. Aminu Umar, 49.

Final

Braziliya - Almaniya 1:1 pen-5:4

Neymar, 27 - Meyer, 58.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm