Çempionlar Liqasında sonuncu yolayrıcı
Bizi izləyin

İdman

Çempionlar Liqasında sonuncu yolayrıcı

Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə bu gün yekun vurulacaq.

Publika.az xəbər verir ki, dünən keçirilən 5 oyundan sonra kimin qrupa, kimin isə Avropa Liqasına yollanacağına aydınlıq gəlib.

Qeydə alınan nəticələrdən sonra “Ludoqorets”, “Seltik”, “Legiya”, “Porto” və “Monako” Çempionlar Liqasının, “Viktoriya”, “Hapoel”, “Dandalk”, “Roma” və “Vilyarreal” isə Avroliqanın qrupunda mübarizəni davam etdirmək hüququ qazanıblar.

Bu gün ÇL-in sonuncu qrup iştirakçıları da məlum olacaq.

Çempionlar Liqası. Pley-off mərhələsi, cavab oyunları

24 avqust

22:45 APOEL (Kipr) - Kopenhagen (Danimarka)

İlk oyun - 0:1

22:45 Borussiya M (Almaniya) - Yanq Boyz (İsveçrə)

İlk oyun - 1:3

22:45 Rostov (Rusiya) - Ayaks (Hollandiya)

İlk oyun - 1:1

22:45 Mançester Siti (İngiltərə) - Styaua (Rumıniya)

İlk oyun - 5:0

22:45 Dinamo Z (Xorvatiya) - Zalsburq (Avstriya)

İlk oyun - 1:1

Dünən keçirilən oyunların nəticələri

23 avqust

Viktoriya (Çexiya) - Ludoqorets (Bolqarıstan) 2:2

Duris, 7; Mateyu, 64 – Vura, 17; Keseru, 90+5

İlk oyun – 0:2

Hapoel (Beyer-Şeva, İsrail) - Seltik (Şotlandiya) 2:0

Ben Sahar, 21; Hoban, 48

İlk oyun – 2:5

Legiya (Polşa) - Dandalk (İrlandiya) 1:1

Kuçarzik, 90+2 – Benson, 19

İlk oyun – 2:0

Roma (İtaliya) - Porto (Portuqaliya) 0:3

Monteyro, 8; Layun, 73; Korona, 75

İlk oyun – 1:1

Monako (Fransa) - Vilyarreal (İspaniya) 1:0

Fabinyo, 90+1-p.

İlk oyun – 2:1

Qeyd edək ki, "Real", "Barselona", "Atletiko", "Sevilya" (hamısı İspaniya), "Lester", "Arsenal", "Tottenhem" (hər üçü İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Bayer" (hər üçü Almaniya), "Yuventus", "Napoli" (hər ikisi İtaliya), "Benfika", "Sportinq" (hər ikisi Portuqaliya), PSJ, "Lion" (hər ikisi Fransa), ÇSKA (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), PSV (Hollandiya), "Beşiktaş" (Türkiyə), "Bazel" (İsveçrə) və "Brügge" (Belçika) birbaşa qrup mərhələsində çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm