Azərbaycan 3 lisenziyadan imtina etdi
Bizi izləyin

İdman

Azərbaycan 3 lisenziyadan imtina etdi

Azərbaycan Rusiya yığmasının 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına buraxılmaması ilə əlaqədar verilən əlavə 3 lisenziyadan imtina edib.

Publika.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. Azərbaycanın bu lisenziyaları qazanmadığını bildirən A.Rəhimov "Vəsiqələri əldə etməyən idmançı necə o yarışa gedə bilər?" deyib.

Digər tərəfdən, məhkəmənin qərarının olmadığını xatırladan nazir "Əlilləri uzun illər hazırlaşdıqları yarışa buraxmamaq ən azı, Allaha xoş getməz" söyləyib.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7-18 sentyabrda keçiriləcək. Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan idmançılarından cüdoçu Afaq Sultanova və Ramin Əliyevə, eləcə də atlet Hüseyn Hüseynova Oyunlarda iştirak hüququ verib. Sultanova 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibidir. Rio -2016-da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm