• USD 1,7000 0,00% EUR 1,9288 +0,21%
    • GBP 2,1346 -0,76% RUB 0,0240 0,00%

Çexiya mətbuatı ERMƏNİLƏRƏ QANUDDURAN milli qəhrəmanımızdan yazdı - FOTO

  • İdman
  • 1 Sentyabr 2016 11:56
  • 907 Baxış
Çexiya mətbuatı ERMƏNİLƏRƏ QANUDDURAN milli qəhrəmanımızdan yazdı - FOTO

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan”ın rəsmi saytında təmsilçimiz haqqında yazı verilib.

Publika.az xəbər verir ki, yazıda “Qarabağ”ın tarixi, son illərdəki nailiyyətləri, Ağdam şəhəri barədə məlumatlar qeyd edilib. Çexlər Qarabağ müharibəsində Ağdam şəhərinin ermənilərin nəzarəti altına keçdiyini, vaxtilə klubda məşqçi kimi çalışmış Allahverdi Bağırovun da məhz bu döyüşlərdə həlak olduğunu qeyd ediblər.

Xatırladaq ki, Allahverdi Bağırov ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

Yazıda “Qarabağ”ın əsas uğurlarının Qurban Qurbanovun bu kluba baş məşqçi təyin edilməsindən sonrakı dövrə təsadüf etməsi xüsusi vurğulanıb.

Bundan əlavə, Liberets təmsilçisinin saytında yer alan yazıda “Qarabağ”ın Qurbanovun rəhbərliyi altında “tiki-taka” futbolu sərgilədiyi də qeyd edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR