• USD 1,7000 0,00% EUR 1,9389 +0,09%
    • GBP 2,1349 -0,11% RUB 0,0240 0,00%

“Neftçi”də ZƏLZƏLƏ – “7 bal” gücündə

  • İdman
  • 1 Sentyabr 2016 13:36
  • 1 046 Baxış
“Neftçi”də ZƏLZƏLƏ – “7 bal” gücündə

"Neftçi”nin Müşahidə Şurasının (MŞ) avqustun 27-də keçirdiyi iclasda klubun fəaliyyəti ilə bağlı verilən qərarlar açıqlanıb.

Publika.az klubun saytına istinadən xəbər verir ki, iclasda yaxın bir neçə gün ərzində ali idarəetmə orqanı olan "Neftçi” PFK səhmdarlarının iştirakı ilə illik toplantının keçirilməsi də qərara alınıb.

Müşahidə Şurasının son iclasına əsasən, klub səhmdarlarının iştirakı ilə keçiriləcək toplantıda aşağıda sadalanan məsələlərlə bağlı müzakirələrin aparılacağı və qərarları qəbul olunacağı gözlənilir.

1. Klubda islahatların davam etdirilməsi

Klubda infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb, idarəetmə sistemində islahatlar aparılıb, futbol akademiyası strukturu qurulub, maliyyə hesabatlarında şəffaflığa nail olunub. Bununla yanaşı, klubun xərclərinin optimallaşdırılması, eləcə də, inzibati heyət və kadr siyasətinə təkrar baxılması ilə bağlı qərar qəbul edilib. Müşahidə Şurası tərəfindən bu istiqamətdə koordinator olaraq Cəbrayıl Cəbrayılov təyin olunub.

2. Sabit və uzunmüddətli maliyyə sisteminin yaradılması istiqamətində işlərin davam etdirilməsi

Klub tərəfindən 3 milyon ABŞ dolları həcmində olan borcun əsas hissəsi artıq ödənilib. Hazırda futbolçulara verilməli olan son 2 ayın maaşı və keçmiş futbolçulara olan borclar əsas sponsor başda olmaqla, digər sponsorların və bank kreditlərinin cəlb edilməsi sayəsində ödənilir. Klubun 1.07.2015-1.07.2016-cı illəri əhatə edən maliyyə audit hesabatı 15.10. 2016-cı il tarixinə kimi ictimaiyyətə təqdim edilməlidi. Müşahidə Şurası tərəfindən bu istiqamətdə koordinatorlar olaraq Cəbrayıl Cəbrayılov və Zaur Qəhrəmanov təyin edilib.

3. Vəli Qasımovun əsas komandanın baş məşqçisi vəzifəsinin icrasını davam etdirməsi

Vəli Qasımovun qarşısına əsas komandanın Premyer Liqanı ilk “3-lük”də bitirərək mükafatçılar siyahısına düşməsi və avrokuboklara vəsiqə qazanması vəzifələri qoyulub. Baş məşqçi komandanın nəticələrinə görə birbaşa məsuliyyət daşıyır. Bununla yanaşı, Müşahidə Şurası komandanın idman nəticələrinə görə, birbaşa məsuliyyət daşımır. Müşahidə Şurasının məsuliyyət dairəsinə klubun strategiyası, transfer siyasəti və idman prinsiplərinin təsdiqi daxildi. Həmçinin klubda fəaliyyət göstərən texniki komitənin işinin təkmilləşdirilməsi istiqamətində də işlər görüləcək.

4. İdman strukturundakı islahatlar

Hesab edirik ki, skautinq sisteminin yenidən qurulması və idman strukturunun koordinasiya edilməsinə ehtiyac var. Müşahidə Şurası tərəfindən bu istiqamətdə koordinator Səməd Qurbanov təyin edilib.

5. İctimaiyyətlə görüş

İctimaiyyətlə və görüşmək istəyən hər kəslə sentyabr ayının sonuna kimi "Bakcell Arena”da görüşlərin təşkil edilməsi. Müşahidə Şurası tərəfindən bu istiqamətdə koordinator Bəhram Bağırzadə təyin olunub.

6. Tədbirlər planının hazırlanması

"Neftçi” PFK-nın 80 illik yubileyi və 1966-cı ildə qazanılmış "bürünc” nailiyyətin 50 illiyi ilə bağlı tədbirlər planının təsdiq olunması. Müşahidə Şurası tərəfindən bu istiqamətdə koordinatorlar Mehdi Nəcəfov və Fərhad Bədəlbəyli təyin edilib.

7. Yuxarıda sadalanan məsələlərə rəhbərlik "Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevə həvalə olunsun.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR