“Qarabağ”da serbiyalı futbolçu! - RƏSMİ
Bizi izləyin

İdman

“Qarabağ”da serbiyalı futbolçu! - RƏSMİ

"Qarabağ" serbiyalı qolkiper Boyan Şaranovu transfer edib.

Publika.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, "Köhlən atlar" Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.

Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib.

Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb.

Karyerasına "Belqrad" klubunda başlayan yeni transfer "Makkabi" (Hayfa, İsrail), "Erqotelis" kimi komandalarda da forma geyinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm