Sabiq futbolçu “MOYKA”DA İŞLƏYİR - FOTOLAR
Bizi izləyin

İdman

Sabiq futbolçu “MOYKA”DA İŞLƏYİR - FOTOLAR

Müasir futbolda böyük pulların dövr etdiyini hər kəs bilir. Bunu futbolçuların yaşayış tərzinə baxanda da görmək olar. Bizə elə gəlir ki, futbolçular karyerası ərzində yığdığı pulu ömrünün axırına kimi xərcləsə qurtarmaz. Ancaq...

Publika.az xəbər verir ki, bir vaxtlar Türkiyənin 3 böyük klubundan birində - “Fənərbağça”da top qovan Faruk Yiğit ölkənin ən məşhur oyunçularından biri olub. Onun peşəkar karyerası elə sürətli başlamışdı ki, 1990-cı illərin əvvəllərində Türkiyədə haqqında ən çox danışılan tək-tük futbolçulardan idi.

1998-ci ildə çox yüksək transfer məbləği qarşılığında “Fənərbağça”ya transfer olan Faruk Yiğit karyerasını bitirdikdən sonra məşqçi kimi də fəaliyyət göstərib. Ancaq 2013-cü ildə futboldan tamam uzaqlaşan sabiq hücumçu indi tam fərqli sahədə çalışır.

Türkiyənin “Hürriyət” saytının əməkdaşı onu avtoyuma obyektində tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm