Təsdiqləndi - Türk futbolçu DÇ-də olmayacaq
Bizi izləyin

İdman

Təsdiqləndi - Türk futbolçu DÇ-də olmayacaq

Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu İlkay Gündoğan haqda üzücü açıqlama verib.

Publika.az xəbər verir ki, cari mövsümün əvvəlində zədələnən türk əsilli oyunçunun gələn mövsümün startınadək meydana çıxmasının mümkünsüz olduğu açıqlanıb. O, hətta İlkayın DÇ-2014-də də oynamayacağını bildirib:

"İlkay dünya çempionatında iştirak etməyəcək. O, bununla barışmaq istəmir. Lakin sağalmaq üçün vaxta ehtiyac var. Hazırda artıq belindəki ağrılar gedib. Gözləmək lazımdı". İlkay sonuncu dəfə ötən ilin avqustunda meydana çıxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm