Prezident Olimpiadadan mükafatsız qayıdanlara “Mersedes” bağışladı - FOTO
Bizi izləyin

İdman

Prezident Olimpiadadan mükafatsız qayıdanlara “Mersedes” bağışladı - FOTO

Rio Olimpiadasında fəxri kürsüyə qalxa bilməyən çeçen idmançılar mükafatsız qalmayıb.

Publika.az xəbər verir ki, Çeçenistan Prezidenti Ramzan Kadırov idmançılara “Mersedes” hədiyyə edib. Kadırov bu barədə şəxsi İnstaqram səhifəsində yazıb.

Avtomobillər boksçu Adlan Əbdürrəşidov, yunan-roma və sərbəst güləşçiləri İslambəy Albiyev, İslam Maqomedov, Anzor Boltukayevə təqdim olunub.

Rusiya ağır atletika komandasının olimpiadaya buraxılmaması səbəbindən yarışdan kənarda qalan Apti Auxadov və Adam Maliqova da avtomobil hədiyyə olunub.

Mükafatlandırma mərasimi Qroznıda baş tutub. Kadırov idmançıları yarışda apardıqları mübarizəyə görə təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm