Bu futbolçuya görə azarkeş “bankrota düşdü”
Bizi izləyin

İdman

Bu futbolçuya görə azarkeş “bankrota düşdü”

Almaniya millisinin müdafiəçisi Şkodran Mustafinin 35 milyon funt sterlinq qarşılığında “Valensiya”dan “Arsenal”a transferi bir azarkeşi müflis edib.

Publika.az xəbər verir ki, Mustafi London klubuna transferi rəsmiləşəndən sonra şəxsi twitter hesabında maraqlı video paylaşıb. Daniel adlı “Arsenal” azarkeşlərindən birinin “Mustafi “Arsenal”a gələrsə, bu tviti paylaşan hər kəsə 20 funt verəcəm” şərtinə cavab verən sopperin videosu sosial şəbəkədə gündəmin əsas mövzusuna çevrilib. Mustafi deyib: “Daniel, ümid edirəm ki, yazdığın tvitə görə peşman deyilsən. İngilis fanatlara salam göndərirəm”.

Xatırladaq ki, Danielin həmin tvitini 11 milyon adam paylaşıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm