Xalq artisti nəvəsinin ölümündən xəbərsizdir: “Münasibətimiz yox idi” (YENİLƏNİB)
Bizi izləyin

İdman

Xalq artisti nəvəsinin ölümündən xəbərsizdir: “Münasibətimiz yox idi” (YENİLƏNİB)

Boccia idman növü üzrə Azərbaycan çempionu olan, 1-ci qrup əlil, şair Fariz Kərimli xalq artisti Tariyel Qasımovun qız nəvəsidir.

Qızı və nəvəsiylə əlaqəni illər əvvəl kəsdiyini bildirən aktyor nəvəsi Fariz Kərimlinin ölüm xəbəri haqda danışarkən deyib:

“Münasibətimiz yox idi. Sonra bir video paylaşdı, məni biabır etdi. Ölümündən xəbərim yoxdu”

Dəfnində iştirak edib-etməyəcyi sualına xalq artisti belə cavab verib: “İndi rayondan gəlmişəm. İstidir. Bir az özümə gəlim. Üzrlü sayın”. (Teleqraf.com)

15:56

Bu gün uzun sürən xəstəlikdən sonra azərbaycanlı şair və paralimpiyaçı Fariz Kərimli dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə onun ailə üzvləri məlumat veriblər.

27 yaşlı F.Kərimli böyrək çatışmazlığından vəfat edib. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm