Zabit Səmədov fanatlarına MÜJDƏ - VİDEO
Bizi izləyin

İdman

Zabit Səmədov fanatlarına MÜJDƏ - VİDEO

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovla görüş keçiriləcək.

Publika.az xəbər verir ki, ölkəsini dünyada layiqincə təmsil edən idmançı sentyabrın 8-də sevənləri ilə bir araya gələcək.

Park Bulvarda baş tutacaq görüş saat 17:00-dan başlayacaq. İlk yarım saat ərzində media nümayəndələrinin suallarını cavablandıracaq Z.Səmədov bundan sonra pərəstişkarları ilə görüşəcək.

Dünya çempionu bir neçə gün əvvəl ölkə Prezidenti İlham Əliyevlə görüşüb. Dövlət başçısı Z.Səmədovu Çeçenistanda keçirilmiş turnirdə qazanılan qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, Z.Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.

Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb.

Həmin döyüşdə Z.Səmədovu Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib. Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma baş tutub: 8 ilkin, 4 əsas və 1 başlıca. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb.

Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında baş tutub və yekunda "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm