İdmançılarımız dünya reytinqində liderdir
Bizi izləyin

İdman

İdmançılarımız dünya reytinqində liderdir

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, sentyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, Rio-2016-nın gümüş medalçıları Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar. Onlar öz çəkilərində yenə birincidir. Braziliyada 5-ci olan Orxan Səfərov (60 kq) isə reytinqdə 2-ci pillədədir.

Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə 8-ci, Tərlan Kərimov 35-ci (hər ikisi 66 kq), Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-dır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm